“Kəpəz”in qış hazırlığı zamanı məşqdə zədələnən futbolçusu Ceyhun Cavadovun durumu yaxşılaşıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ayaq vətərində ağrılar olan yarımmüdafiəçi bir müddət fərdi halda hazırlaşsa da, bu gündən komanda ilə birgə məşqlərə qoşulub.
Zədəsi səbəbindən Cavadov MOİK və AZAL-la yoxlama oyunlarında da iştirak etməyib.
saytlarin hazirlanmasi