Ranieri: "Çempionluğu unudub, Premyer Liqada qalmaq uğrunda mübarizə aparmalıyıq"

15:58 - 18 Yanvar 2017

Son İngiltərə çempionu olan “Lester Siti”nin baş məşqçisi Klaudio Ranieri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “tülkülər”in çalışdırıcısı Premyer Liqada qamaq uğrunda mübarizə apardıqlarını bildirib:

 

“Sözün düzü, “Lester Siti”də özümü xoşbəxt hiss edirəm. Amma futbolda nələrin baş verəcəyini də deyə bilmərik. Bir anda zirvədən düşə bilərsiz. Liqadakı vəziyyətimiz yaxşı deyil. Ötən il bacardığımızı unutmalıyıq və Çempionşipə düşməmək üçün mübarizə aparmalıyıq”.

 

Qeyd edək ki, “Lester Siti” Premyer Liqada 21 turdan sonra 21 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti