"Borussiya"nın futbolçusu Çin klubunda

16:50 - 18 Yanvar 2017

Kolumbiya millisinin üzvü Adrian Ramos Dortmundun "Borussiya" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Çində davam etdirəcək. O, Çinin "Çuntsin Lifan" klubu ilə anlaşıb. 

 

Ramosun "Borussiya"dan ayrılması xəbərini baş məşqçi Tomas Tüxel verib:

 

"Adrian Ramosun komandada qalmasını istəyirdim. Amma o, Çinə getmək arzusunda olduğunu dedi. Onun aramızdan ayrılması, heç də ürəyimcə olmadı". 

 

Qeyd edək ki, Adrian Ramos 2014-cü ildən "Borussiya"da çıxış edirdi. 

 

Xəbər xətti