"Sumqayıt"ın futbolçusu: "Avrokuboklara getmək üçün sonadək mübarizə aparacağıq"

17:35 - 18 Yanvar 2017

"Təlim-məşq toplanışı yaxşı keçir. Burada bizə məşq etmək üçün hər cür şərait yaradılıb. Hazırda gündə 2 məşqlə toplanışa davam edirik. Məşqlər ağır keçir, amma bu bizim üçün çətinlik yaratmır".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Vaquf Gülalıyev deyib. Gənc futbolçu çempionatın ikinci yarısına hazırlığı dəyərləndirib. 23 yaşlı müdafiəçi avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlarını bildirib:

 

"Çempionat başlayana kimi tam hazır formaya düşəcəyik. İlk oyunumuz "Qəbələ"yə qarşı olacaq. O matça kimi hazır olacağıq. Turnir cədvəlinin 4-cü pilləsindəyik. Biz bundan da yaxşısına layiq komandayıq. Avrokuboklara getmək şansımız var. Bunun üçün sonadək mübarizə aparacağıq".

 

Vaquf Gülalıyev hazırlıq oyunlarında ona verilən şansı doğrultmağa çalışacağını deyib:

 

"Özümü "Sumqayıt"da yaxşı hiss edirəm. Həm kollektivimiz yaxşıdı, həm də məşqçilər korpusu. Hazırlıq matçlarında şans qazanıram. Bu şansdan istifadə edib məşqçilərin etimadının doğrultmağa çalışıram".

Xəbər xətti