"Zirə" Qırğızıstan klubuna qalib gəldi

18:55 - 18 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb. 

 

Sportal.az xəbər verir ki, “qartallar” Qırğızıstanın “Dordoy” klubu ilə qarşılaşıb. Matç Ayxan Abbasovun yetirmələrinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını Milan Duriç və Vüqar Mustafayev vurub.

 

Qeyd edək ki, “Zirə” Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Bolqarıstan təmsilçisi "Lokomotiv"ə (Qorna) qarşı keçirəcək.

Xəbər xətti