“Kəpəz” yanvarın 11-dən Bakıda çempionatın ikinci hissəsi üçün hazırlığa başlayıb.
Sportal.az xəbər verir ki, komanda ölkə paytaxtında qış fasiləsindən səmərəli yararlanmağa çalışır.
“Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev toplanışın gedişi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Təlim-məşq toplanışı əvvəlcədən tərtib etdiyimiz plan üzrə davam edir. Hər şey gözlənildiyi kimi normaldır. Futbolçular da məşq proseslərinə ciddi yanaşırlar. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Bildiyiniz kimi artıq dünən 2 fərqli heyətlə 2 matç keçirdik. Komanda sınaq görüşlərinə yorğunluq fonunda çıxmışdı. Uşaqlar oyun günü də məşq etmişdilər. İndi kollektivin fiziki hazırlığının yüksəldilməsi yönündə işləyirik. Gələn həftədən daha çox toplu çalışmalara üstünlük verib, taktiki-texniki yöndə hazırlaşacağıq. Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması, hərəkət etməsi lazim idi, onlar da verilən tapşırıqları yerinə yetirdilər”.
saytlarin hazirlanmasi