"Sumqayıt" Antalyada son sınağına çıxır

11:53 - 19 Yanvar 2017

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə bu gün sonuncu yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


"Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan  komanda  0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.

 

Yoxlama oyunu

 

17:00. "Sumqayıt" - "Atırau"

Xəbər xətti