Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar" Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşıb. Görüş Samir Abasovun yetirmələrinin 1 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Sumqayıt"ın heyətində Məhəmməd Qurbanov penaltidən fərqlənib.
"Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan komanda 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.