"Kəpəz"in əvəzediciləri ilə birinci divizion təmsilçisi “Turan Tovuz” yoxlama oyununda qüvvələrini sınayıblar.
Sportal.az xəbər verir ki, Tovuzda keçirilən oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsiylə nəticələnib. Əvəzedicilərin 6 əsas oyunçusu Bakıda, əsas komandanın düşərgəsində olduğundan bu oyunda iştirak etməyib.
Xatırladaq ki, yanvarın 14-də bu komandalar arasında Tovuzda keçirilən oyun da meydan sahiblərinin qələbəsi (5:2) ilə nəticələnmişdi.
"Kəpəz"in əvəzediciləri hazırlıq dövründə birinci divizion təmsilçisi ilə yanaşı, “Vətən” klubunun 19 yaşlılardan ibarət komandası ilə də oynayıb. Zaqatalada keçirilən oyun “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi