"Çelsi" Türkiyə millisinin üzvünə "elçi düşdü"

17:17 - 20 Yanvar 2017

"Çelsi" yarımmüdafiə mövqeyini gücləndirmək üçün çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi Leverkuzen "Bayer"inin türk futbolçusu Hakan Çalhanoğlunu gündəminə alıb. Oskarı Çin klubuna satan "zadəganlar" onun boşluğunu Türkiyə millisinin üzvü ilə doldurmaq istəyir.

 

İngiltərənin nüfuzlu qəzetlərindən olan "The Sun"un yazdığına görə "mavilər" 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Antonio Konte gələcəyin böyük ulduzlarından hesab edilən türk futbolçunun trasferində israrlıdı. "Çelsi"nin Çalhanoğlu üçün Almaniya klubuna 15 milyon funt sterliqlik təklif göndərəcəyi gözlənilir.

 

Qeyd edək ki, Hakan Çalhanoğlu "Bayer"ə 2014-cü ildə "Hamburq"dan 12 milyon avroya transfer edilib. Gənc futbolçu Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 65 matçda 11 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti