Pep Qvardioladan Aquero açıqlaması

18:50 - 21 Yanvar 2017

Argentina millisinin üzvü Serxio Kan Aqueronun "Mançester Siti"dəki gələcək taleyi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu "şəhərlilər"lə müqavilə imzalamağa razılıq verib. Bu barədə məlumatı Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola verib.

 

O, məsələyə belə münasibət bildirib: "Serxio istədiyi qədər komandamızda qala bilər. Ona ehtiyacımız var".

 

Qeyd edək ki, yerli mətbuat adı "Real"la hallanan futbolçunun "Mançester Siti" ilə 2020-ci ilədək yeni müqavilə imzaladığını iddia edir.

 

Xəbər xətti