İngiltərə Premyer Liqasının 22-ci turunda “Stok Siti” ilə keçirilən oyun (1:1) “Mançester Yunayted”in futbolçusu Ueyn Runi üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, matçın 90+4-cü dəqiqəsində fərqlənən hücumçu “qırmızı şeytanlar”ın heyətində 250-ci qolunu vurub. Bu qolla 31 yaşlı futbolçu klub tarixinin bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb.
Qeyd edək ki, Runi 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir.
saytlarin hazirlanmasi