“Fiorentina”nın hücumçusu Nikola Kaliniç Çinin "Tyantzin Syuantszyan" klubundan aldığı təkliflə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, xorvatiyalı forvard Super Liqa klubunun təklifini rədd edib:
“Hamı istəyirdi ki, Çinə gedim. Amma mən burada qalıram”.
Qeyd edək ki, Çin klubu 29 yaşlı futbolçuya 4 illik müqavilə üçün 48 milyon, “Fiorentina”ya isə bu keçid üçün 40 milyon avro təklif etmişdi.
saytlarin hazirlanmasi