"Zirə"nin sabiq futbolçusu komanda axtarır: "Avropa klublarından təkliflər var"

14:13 - 23 Yanvar 2017

"Zirə"nin yayda Portuqaliyanın "Nasional" klubuna satdığı Nelson Bonilya tezliklə klubunu dəyişəcək.

 

Sportal.az xəbər verir ki, "Elgrafico" nəşrinə danışan 27 yaşlı forvard Portuqaliya klubundan ayrıldığını və geri dönmək istəmədiyini bildirib:

 

"Nasional"la 2,5 illik müqaviləm var. Amma mənim üçün çətindir. Cəmi 10-12 oyun meydanda olmuşam ki, buna da öyrəşməmişəm. Karyeramda ilk dəfədir ki, belə halla üz-üzə qaldım. Bu durum məni narahat edir. Klub rəhbərliyinə də fikirlərimi bildirmişəm. Agentimlə də danışdım. Avropa klublarından təkliflər var, danışıqlar aparacam. Bir az gözləməliyəm".

 

Qeyd edək ki, Bonilya ötən mövsüm "Zirə"nin heyətində 14 qol vurmuşdusa, "Nasional"da hələ ki, 2 dəfə fərqlənib.

Xəbər xətti