Dövrlərarası fasilədə "Zirə"dən göndərilən albaniyalı futbolçu Cerhard Proqninin "Skendereu" klubuna keçidi baş tutmayıb.
Sportal.az "Sportal.al"-a istinadən xəbər verir ki, futbolçunun sabiq klubuna keçidi son anda reallaşmayıb.
30 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, Albaniya Super Liqasında mübarizə aparan "Teuta" klubu ilə danışıqlara başlayıb. Proqninin yaxın günlərdə klubla münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Proqni mövsümün əvvəlində "Skenderbeu"dan "Zirə"yə transfer edilmişdi.
saytlarin hazirlanmasi