Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Antalya toplanışından qayıtdıqdan sonra iki günlük istirahəti başa vuraraq məşqlərə sart verib.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saat 17:00-da "Kapital Bank Arena"da ilk məşqini keçirib. Zədəli olan Vaqif Güləliyev hazırlığa qatılmayıb, bərpa prosesi keçən Ayaz Mehdiyev isə fərdi məşqlərlə kifayətlənib. U-21-in düşərgəsindən qayıdan Xəyal Nəcəfov və Yusif Nəbiyev də artıq kollektivə qoşulub.
Qeyd edək ki, "Sumqayıt" həftəsonu Premyer Liqanın 19-cu turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi