İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" klubu adı "Barselona" və digər komandalarla hallanan Filipe Koutinyo ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. Braziliyalı oyunçunun həftəlik məvacibi 150 min funt-sterlinq olacaq. Koutinyo klub tarixinin ən yüksək maaş alan futbolçusu olub.
Qeyd edək ki, "Liverpul" Koutinyonu 2013-cü ilin qış transfer pəncərəsində "İnter"dən 8,5 milyon funt sterlinqə transfer etmişdi.
saytlarin hazirlanmasi