Useyn Boltun qızıl medalı əlindən alındı

01:13 - 26 Yanvar 2017

Yamaykalı atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb.

 

Sportal.az xəbər verir ki, sprinterin Pekin-2008- Yay Olimpiya Oyunlarında 4x100 metrə komanda yarışlarında qazandığı çempionluq ləğv edilib.
 
Buna sözügedən yarışda Boltun komanda yoldaşı Nesta Karterin dopinq istifadə etməsi səbəb olub.  Buna görə komandanın nəticəsi ləğv edilib.
 
Qeyd edək ki, bu qərarla U.Boltun olimpiadalarda qazandığı qızıl medalın sayı 9-dan 8-ə düşüb.

Xəbər xətti