"Kəpəz" "İnter"lə matça ciddi itkilərlə çıxacaq

17:59 - 27 Yanvar 2017

Sabah Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxıb. Matç öncəsi son hazırlıq prosesi 45 dəqiqə davam edib.
 
Sportal.az xəbər verir ki, "sarı-göylər” Bakı klubu ilə görüşə itkilərlə çıxacaq. Belə ki, qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaq.

 

Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Düzdür, sonuncunun matçın “18-liy”inə salınması mümkündür. Tibb personalı sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.
 
Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.

Xəbər xətti