Azərbaycan Premyer Liqasında sabah qış fasiləsi başa çatır. Mövsümün ikinci yarısı 3-cü dövrənin oyunları ilə start götürəcək.
Sportal.az xəbər verir ki, Gəncənin “Kəpəz” klubu 15-ci turda səfərdə meydana çıxacaq. “Sarı-göylər” Bakıda “İnter”in qonağı olacaq. Tərəflər arasında bu mövsüm ilk iki dövrədə keçirilən oyunlarda qalib müəyyənləşməyib. Rəqiblər paytaxtda 2:2 hesablı qollu heç-heçəyə razılaşıblarsa, Nizami yurdunda keçirlən matçda hesab açılmayıb – 0:0.
“İnter” ilə oyun öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun saytına açıqlama verib:
“Son iki mövsümdə “İnter” ilə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər “İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.
saytlarin hazirlanmasi