Arsen Vengerə ağır cəza

00:52 - 28 Yanvar 2017

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Arsenal"ın baş məşqçisi Arsen Vengeri cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, buna çalışdırıcının Premyer Liqanın XXII turunda "Bornli" ilə matçda etdiyi hərəkətlər səbəb olub. Belə ki, matçın baş hakimi Con Moss oyunun 90+3-cü dəqiqəsində londonluların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və penaltiyə səbəb olan Qranit Cakanı qırmızı vərəqə ilə cəzalandırıb. Bu qərara etiraz edən fransız çalışdırıcı referi tərəfindən tribunaya göndərilsə də, buna əməl etməyib. O, oyunu sona qədər soyunub-geyinmə otağına gedən tuneldə izləyib.

 

Venger məhz bu hərəkətlərinə görə 4 oyunluq diskvalifikasiya edilib və 25 min funt-sterlinq məbləğində cərimələnib.

 

Xəbər xətti