Samir Abasov: "Onların əməyi nəticəsində 1 xal qazandıq"

17:26 - 28 Yanvar 2017

Azərbaycan Premyer Liqasının XV turunun açılış matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

 

Sportal.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra qonaqlaırn baş məqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib:

 

"Çətin səfər oyunu idi. İstirahətdən sonra birinci oyunu liderə qarşı oynamaq çətin idi. Özü də heyətdə dəyişiklik etmişdik. Təlim-məşq toplanışında da bunun üzərində işləyirdik. Maraqlı oyun keçdi. İstədiyimiz qolu vurduq. Düzü, qol epizodlarını ikinci hissədə yaradacağımızı düşünürdük. Sözsüz ki, rəqib bizi udmaq istəyirdi. Sürətli oyunçuları var. Buna baxmayaraq, ikinci hissədə əks-hücumlara belə bağladıq. Axıra qədər oyunu saxladıq və vacib bir xal qazandıq. Yeni transferlər deməzdim ki, yüz faiz məni qane etdi. İlk oyunda belə çıxış etmələri normaldı. Tapşırıqların öhdəsindən gəldidilər. Tam razı olmasam da, komandam vuruşdu. Onların əməyi nəticəsində 1 xal qazandıq".

 

Xəbər xətti