Azərbaycan Premyer Liqasının XV turunda “İnter” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətuat konfransında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:
- Oyun haqda danışmağa söz tapmıram. “Kəpəz” bu gün ən zəif futbolunu oynadı. Bu gün komanda şəkilində bərbad oynadıq. Ancaq futbolçuların üstünə getmək istəmirəm. Çox ağırdı. İrəliyə baxmalıyıq. Vaxtımız azalır. Artıq yaxşı şeylərdən danışmağa dəyməz. Məğlubiyyətin səbəbini futbolçularda yox, özümə axtarıram. Deməli, futbolçuları yaxşı hazırlaşdıra bilməmişəm. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Ümid edirəm ki, bu, bizim sonuncu məğlubiyyətimiz olacaq.
- İlk oyundan görnür ki, komandanın xaricə getməməsi, yaxşı hazırlıq keçməməsi işinizə təsir edir. Bundan sonra nəyə ümid edirsiniz?
- Mən hansısa bəhanə axtarmaq niyyətində deyiləm. Düzdü, hazırlıq keçməyin fərqi var. Əgər reallığı qəbul etmişiksə, belə də davam etməliyik. Biz bütün səbəbləri özümüzdə axtarmalıyıq. Ümidimiz var və sona qədər mübarizə aparacağıq. Bu, bizim başımıza gələn faciə idi və bundan nəticə çıxarmalıyıq. Əlbəttə, narazılıqlar olacaq, dözməliyik və bu vəziyyətdən çıxmalıyıq.
- Başa düşürük ki, legioner transfer etmək üçün maliyyə vəziyyətiniz imkan vermir. Amma bəzi yerli oyunçular var ki, onları transfer edə bilərdiniz. Məsələn, Vaqif Cavadov və Rasim Ramaldanov…
- Bu gün Əli Nurini komandaya cəlb etmişik və ona maaş verə bilmirik. Çox istəyərdim ki, Namiq Ələsgərov komandamıza qayıtsın. Amma biz “Neftçi”nin ona təklif etdiklərini edə bilmirik.
- Dediniz ki, bu gün hər kəs bizi tənqid edə bilər. Komandaya yardım etməyən,maliyyə ayırmayan rəhbərliyin də komandanı tənqid etməyə haqqı varmı?
- Əlbəttə, haqları var. Bu gün bizi tənqid etməyə süpürgəçinin də haqqı var. Bəlkə komanda bundan sonra düzələcək, amma fakt budur ki, bu gün böyükesabla udzuduq. Hər birinin bizi tənqid etməyə şansı var. (Futbol11.az)
saytlarin hazirlanmasi