"Liverpul"un futbolçusu Adam Lallana 2016-cı ildə İngiltərə millisinin ən yaxçı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda o, səslərin 39 faizini toplayıb. "Lester"in hücumçusu Ceymi Vardi 12 faiz səslə 2-ci, "Mançester Yunayted"i n yarımmüdafiəçisi Ueyn Rusi isə 3-cü (8 faiz səs) olub.
Qeyd edək ki, 2013-cü ildən milliyə dəvət alan 28 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 29 oyuna çıxıb və 3 qol vurub.