İngiltərə futbolunun əfsanələrindən olan Devid Bekhem "Mançester Yunayted"dən "Real"a transferi ilə bağlı bəzi məqamları açıqlayıb.
Sportal.az xəbər verir ki, veteran futbolçu 2003-cü ildə Madrid təmsilçisinə transfer olmadan öncə "qırmızı şeytanlar"ın "kral klubu"nun əzəli rəqibi olan "Barselona" ilə anlaşdığını bildirib. "BBC Radio4"ə açıqlama verən İngiltərə millisinin sabiq üzvü transferini belə anladıb:
"O dönəmdə baş verənlər məni yaralamışdı və əsəbi idim. Mövsüm ərzində bəzi matçlarda oynadılmamışdım, lakin bunu məni komandadan göndərmək üçün etdiklərini düşünmürdüm. Amma satılacağımla bağlı bəzi dedi-qodular qulağıma çatırdı. Amerikada tətildə olduğum zaman dostum mənə zəng edib transferim üçün "Mançester Yunayted"in "Barselona" ilə razılaşdığını söylədi. "Ola bilməz" dedim, çünki, heçbir şeydən xəbərim yox idi.
Təcili Londona gəlib menecerimlə görüşdüm. O, mənə xəbərin doğru olduğunu dedi. Bundan sonra əgər ayrılacağamsa, "Real"a getmək istədiyimi dedim.Bir gün ərzində Madrid klubunun prezidenti ilə masaya oturduq və müqavilə imzaladıq".
saytlarin hazirlanmasi