Nelson Bonilya Türkiyə klubunda

00:31 - 31 Yanvar 2017

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilyanın yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, salvadorlu futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Müqavilə ilə Portuqaliyanın "Nasional" klubuna məxsus olan hücumçu Türkiyə I liqasında mübarizə aparan "Qaziantep BB" klubu ilə anlaşıb. 26 yaşlı forvard icarə əsasında mövsümün sonuna qədər adıçəkilən klubun uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, Bonilya mövsümün əvvəlində "Zirə"dən "Nasional"a transfer olunmuşdu. 

Xəbər xətti