“Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.
Sportal.az xəbər verir ki, “qoca sinyora” B seriyasında çıxış edən “Askoli”nin yarımmüdafiəçisi Rikkardo Orsolinini heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb. 20 yaşlı futbolçuyla 4 illik müqavilə imzalanıb. Turin təmsilçisi Orsolininin transferi üçün”Askoli”yə 6 milyon avro ödəyib.
Gənc yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 22 oyunda 4 qola imza atıb. Orsolini İtaliya gənclər millisinin üzvüdü.
saytlarin hazirlanmasi