Hakim oyun zamanı çuxura düşdü, dizində çat əmələ gəldi

12:55 - 31 Yanvar 2017

“Hapoel” (Beer-Şeva) və "Makkabi"nin (Hayfa) 19 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilən qarşılaşmadan öncə maraqlı anlar yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçın 4-cü hakimi meydanın kənarındakı çuxura düşüb. Diz qapağında çat əmələ gələn ədalət təmsilçisi oyunu davam etdirə bilməyib.

 

"Hapoel" rəsmiləri isə məsələyə münasibət bildirərəkən çuxurun necə açıq qaldıqlarına təəccübləndiklərini söyləyiblər.

 

Xəbər xətti