Dəniz Yılmazın rəqibini göndərdilər FOTO

13:05 - 31 Yanvar 2017

Türkiyə Super Liqasında mübarizə aparan "Bursaspor" klubu hücumçusu Tomaş Neçidi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Polşada davam etdirəcək. Çexiya millisinin üzvü son çempion "Legiya"da çıxış edəcək. Neçid Varşava təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Neçid 2015-ci ildən "Bursaspor"da çıxış edir.

 

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"un şərəfini qoruyur.

 

Xəbər xətti