“Neftçi”nin sabiq hücumçusu Melvin Platye klubsuz qalıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard çıxış etdiyi Almaniyanın “Hanza” klubundan ayrılıb. III Liqa təmsilçisində 25 oyuna 1 qol vuran hollandiyalı futbolçuya klub rəhbərliyi qapını göstərib.
Platyenin Hollandiya klubları ilə danışıqlar apardığı qeyd edilir.
Xatırladaq ki, Melvin Platye 2013/14 mövsümündə “Neftçi”də çıxış edib və 14 oyuna 1 qol vurub.
saytlarin hazirlanmasi