Fransa I Liqasında çıxış edən PSJ klubu hücumçusu Xeseni icarəyə verib.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 23 yaşlı futbolçu La Liqa təmsilçisi "Las Palmas"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Xese yay transfer pəncərəsində "Real"dan PSJ-yə 25 milyon avro qarşılığında transfer edilmişdi.
saytlarin hazirlanmasi