"Zenit" "Çelsi"nin futbolçusunu transfer etdi

18:16 - 31 Yanvar 2017

Çelsi”nin futbolçusu Branislav İvanoviç karyerasını yenidən Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu transfer dönəminin son günündə “Zenit”lə anlaşıb.

 

2008-ci ildə Moskva “Lokomotiv”indən “Çelsi”yə keçən 33 yaşlı oyunçu Sankt-Peterburq təmsilçisinə havayı başa gəlib. Belə ki, "zadəganlar" onu təzminat haqqı tələb etmədən buraxmağa razılıq veriblər. İvanoviç gün ərzində yeni klubu ilə 2,5 illik müqavilə imzalayacaq. Onun Rusiyada illik qazancı 3 milyon avro təşkil edəcək. 

 

Ulduz futbolçu artıq "Zenit"lə müqavilə imzalamaq üçün Rusiyaya gedib. İvanoviç müqavilə imzaladıqdan sonra hazırda İspaniyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulacaq. 

 

Qeyd edək ki, Branislav İvanoviç “Çelsi”nin heyətində keçirdiyi 376 matçda 34 qola imza atıb.

Xəbər xətti