"Milan"da yeni futbolçu

19:34 - 31 Yanvar 2017

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az xəbər verir ki, "rossenyerlər" son olaraq icarə əsasında "Cenoa"da forma geyinən Lukas Okamposu rənglərinə bağlayıb.

 

Fransanın "Marsel" klubuna məxsus 22 yaşlı argentinalı yarımmüdafiəçi "Milan"da da icarə əsasında çıxış edəcək. Okampos yeni klubunda 11 nömrəli formanı geyinəcək. 

Xəbər xətti