"Feyenoord"un futbolçusu Ozancan Kökçü millimizdən aldığı dəvəti qəbul etməyib.
Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, o, Hollandiya yığmasından dəvət gözlədiyi üçün millimizdə oynamaqdan imtina edib.
Qeyd edək ki, Kökcü Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət millisində çıxış edib və 14 oyuna 2 qol vurub.
Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türkəsilli futbolçu bu təklifi qəbul edərək yanvar ayında U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.
saytlarin hazirlanmasi