Paytaxtın AZAL klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "təyyarəçilər" fransalı Frank Olivier Madonu rənglərinə bağlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun saytımıza verdiyi məlumata görə, 29 yaşlı hücumçu mövsümün sonuna qədər AZAL-ın uuğurları üçün çalışacaq.
Qeyd edək ki, Paytaxt klubu daha öncə Tərlan Qasımzadə, Arkadlı Qalperin, Baba Qullit və Omeqa Robertslə müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi