Premyer Liqanın XVI turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyuna hazırlığı Bakıda davam etdirir.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi tam heyətlə məşq edə bilmir.
Belə ki, komandanın iki futbolçusu çalışmalardan kənarda qalıb. Kapitan Tural Axundov və Azad Kərimov zədəli olduqları üçün hazırlıq prosesində iştirak edə bilmirlər. Ötən həftə xəstə olduğu üçün “İnter”lə görüşü buraxan Şəhriyar Əliyev isə sağalaraq, sıraya dönüb.
Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 14:00-da start götürəcək.
saytlarin hazirlanmasi