"Napoli"nin futbolçusu Premyer Liqada

16:20 - 1 Fevral 2017

“Napoli”nin futbolçusu Manolo Qabbiadini karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu “Sauthempton”la anlaşıb. Klubun rəsmi saytının yaydığı açıqlamada  Qabbiadini ilə 4,5 illik müqavilə imzalandığı bildirilirib.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü “Napoli”də meydana çıxdığı 55 oyunda 15 qola imza atıb.

Xəbər xətti