"Mançester Yunayted" Qrizmannla razılığa gəldi

11:58 - 2 Fevral 2017

Madrid “Atletiko”sunun futbolçusu Antuan Qrizmann növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcəyi gözlənilir.


Sportal.az xəbər verir ki, “Mançester Yunayted” Qrizmannla prinsipial razılıq əldə edib. Fransa millisinin üzvü “qırmızı şeytanlar”da illik 18 milyon avro məvacib alacaq.

 

“Yahoo Sports” iddia edir ki, futbolçu ilə razılıq əldə edən “Mançester Yunayted” “Atletiko” ilə danışıqlara başlayıb. İlkin məlumata görə, 25 yaşlı futbolçunun transferi “Mançester Yunayted”ə 100 milyon avroya başa gələcək.

 

Qrizmannın qüvvədə olan müqaviləsi 2021-ci ildə başa çatır.

 

Qeyd edək ki, Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.

Xəbər xətti