"Kəpəz" klubu "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XVI tur matçı ilə əlaqədar azarkeşlərə müraciət edib.
Sportal.az xəbər verir ki, müraciətdə oyunun qarlı hava şəraiti səbəbindən Gəncədə baş tutmayacağı xatırlanıb.
Halbuki bu matç üçün həftənin əvvəlindən satışa çıxarılmış müəyyən sayda bilet artıq alınıb. ”Kəpəz” rəhbərliyi narahatlığa əsas görmür və bilet alanların diqqətinə çatdırır ki, həmin biletlər çempionatın növbəti ev oyunu üçün keçərli olacaq. Başqa sözlə, azarkeşlər Premyer Liqanın XVIII turu çərçivəsində fevralın 12-də keçiriləcək "Kəpəz” – "Qarabağ” oyununda stadiona həmin biletlərlə daxil ola bilərlər.
Bilet alan hər bir azarkeşdən bunu nəzərə almaları xahiş edilir.
Qeyd edək ki, Peşəkar Futbol Liqası bu oyunun Zirədə keçirilməsinə qərar verib. Əvəzində Premyer Liqanın IV dövrəsinin "Zirə” – "Kəpəz” oyunu "Kəpəz” – "Zirə” görüşü kimi qeydə alınacaq.
saytlarin hazirlanmasi