Pep Qvardiola futbolçusunu qarpıza bənzətdi

17:22 - 2 Fevral 2017

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni transfer Qabriel Jezusun Premyer Liqada qol hesabını açmasından danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis braziliyalı hücumçunun oyununu dəyləndirərkən maraqlı müqayisə aparıb:
 
“Jezus kimi futbolçular qarpız kimi olurlar, necə olduğunu bilmirsiniz. Gözəl olub-olmadığını bilmək üçün kəsmək məcburiyyətindəsiniz”.
 

"Vest Hem"lə Premyer Liqanın 19-cu turunda qol hesabını açan 19 yaşlı forvard bu sözləri bildirib:

 

"Çox xoşbəxtəm. İlk qolu vurmağı səbirsizliklə gözləyirdim. Üstəlik, məhsuldar ötürmə etdiyim üçün də məmnun olduğumu söyləməliyəm".


Qeyd edək ki, “Mançester Siti” Qabriel Jezusu "Palmeyras"da 32 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti