“İlk dəfə belə bir mötəbər yarışda səfir kimi fəaliyyət göstərəcəm. Mənə etimad göstərildiyini eşidəndə çox sevindim”.
Sportal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunu millimizin müdafiəçisi Ruslan Abışov deyib.
“Neftçi”nin kapitanı bu ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərindən biri seçilib.
Bu gün keçirilmiş təqdimat mərasimindən sonra futbolçu fikirlərini bildirib: “İdmançı yoldaşlarımla proqram çərçivəsində tədbirlərdə, layihələrdə iştirak etmək mənim üçün çox xoş olacaq. Bu yarışda idmançılarımızdan yüksək nəticələr gözləyirik. Oyunlarda iştirak edəcək futbol komandamıza da dəstək olmağa, hətta heyətdə yer almağa çalışacağıq. Sonda etimad göstərən hər kəsə, eləcə də 2017-ci il İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm”.