İtaliya A Seriyasında baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Peskara" klubu baş məşqçisi Massimo Oddo ilə yollarını ayırıb. Buna klubun uğursuz çıxışı səbəb olub. Klubun rəsmi saytında yer alan məlumata görə, klub rəhbərliyinin bu gün baş tutan iclasında bir vaxtlatın məşhur futbolçusunun qovulmasına qərar verilib.
Qeyd edək ki, "Peskara" çempionatda geridə qalan 24 tur ərzində cəmi 9 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi