"Həyat kimi, futbolda da gözlənilməz hadisələr baş verir. Futbolda mümkünsüz heç nə yoxdur".
Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiya mətbuatına açıqlama verən təcrübəli çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsində sabiq komandası "Barselona"nın PSJ-yə acı məğlubiyyətindən danışıb.
O bildirib ki, qeydə alınan sürpriz nəticələr futbola fayda verə bilər: "Futbolda mümkünsüz heç nə yoxdur. "Lester" ötən il İngiltərə Premyer Liqasının qalibi oldu. Bu, sürprzi deyilmi? Deməli, bu cür sürprizlərin olması yaxşı haldı. Həmişə 10 eyni klubun Çempionlar Liqasında 1/4 final, yaımfinal ə finala çıxması kənardan necə görünər? PSJ, doğrudan da, fantastik oynadı, ancaq “Barsa” da pis vəziyyətdə idi. Yüksəlişdə olan klubların belə nəticə verməsi normal haldır".
Prosineçki son zamanlar tənqid hədəfinə çevrilən argentinalı futbolçu Lionel Messi haqda da danışıb: "Messi 10 ildi fantastik səviyyədə futbol oynayır. Oyun futbolçu üçün yaxşı və pis keçə bilər. Məncə, həmin oyunda Messidə yox, "Barselona"da alınmadı. Günlərin birində Messi futboldan gedəcək. Hansı futbolçu ardıcıl neçə il bu cür parlaq oyun sərgiləyib? İnanın mənə, bundan sonra heç kim onun kimi olmayacaq. Bir gün pis oynayanda, hər kəs ondan danışır, onun haqda suallar verir. Kim bilir, bəlkə Messi oyundan öncə yaxşı yata bilməyib. Bu insan uzun illər heç kimin baarmadığı şəkildə bizi heyrətləndirib".
Qeyd edək ki,Robert Prosineçki 1995/96 mövsümündə "Barselona"da çıxış edib.
saytlarin hazirlanmasi