İtaliyanın “Peskara” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, A seriyası təmsilçisini Zdenek Zeman çalışdıracaq. Bu barədə məlumat klubun saytında verilib. Çexiyalı mütəxəssis bu postda Massimo Oddonu əvəz edəcək.
Bu, 69 yaşlı çalışdırıcının “Peskara”da ilk işi olmayacaq. Belə ki, Zeman 2011/12 mövsümündə də bu klubu çalışdırmışdı.
Xatırladaq ki, Zeman vaxtilə İtaliyada “Parma”, “Latsio”, “Roma”, “Napoli” kimi iddialı komandaları çalışdırıb.
saytlarin hazirlanmasi