İtaliya klubunda baş məşqçi dəyişikliyi

11:57 - 20 Fevral 2017

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Cenoa"nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib. Buna Genuya təmsilçisinin çempionatın son turunda autsayder "Peskara"ya biabırçı məğlubiyyəti (0:5) səbəb olub. 

 

Artıq xorvat mütəxəssisi əvəzləyəcək baş məşqçinin adı da müəyyənləşib. Komanda Andrea Mandroliniyə tapşırılıb. 56 yaşlı mütəxəssislə 2018-ci ilin yayına qədər müqavilə bağlanıb.

 

Qeyd edək ki, Mandrolininin son klubu “Verona” olub.

Xəbər xətti