Yuventus”un müdafiəçisi Daniel Alveş ötən yay “Barselona”dan ayrılmasının səbəbləri haqqında danışıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu katalon klubunun bosslarını ittiham edib. O, "Barselona"dan ayrıldığına görə rəhbərliyi günahlandırıb:
“Məni sevib klubda görmək istəyən rəhbərliklə münasibətim yaxşı olur. Əks halda, çıxıb gedirəm. “Barselona”dan getməyim məntiqli idi. Klub rəhbərliyi saxta və nankor insanlar çıxdı”.
Qeyd edək ki, Alveş 2008-ci ildə “Sevilya”dan “Barselona”nın heyətinə cəlb olunmuşdu.
saytlarin hazirlanmasi