"Roma"nın baş məşqçisi Lusiano Spaletti komandaın canlı əfsanəsi olan Françesko Tottinin gələcək karyerası haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Tottinin "canavarlar"la yeni müqavilə imzalamaq istəyi özündən asılıdır:
"Əgər Totti oynamağa davam etsə, növbəti mövsüm üçün yeni müqavilə imzalayacaq. Totti ilə müqavilə imzalamağa ehtiyac da yoxdur. Çünki o, "Roma" ilə sevgi müqaviləsi imzalayıb".
Qeyd edək ki, 40 yaşlı futbolçu 1993-cü ildən "Roma"da çıxış edir.
saytlarin hazirlanmasi