"Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasının 1/16 finalındakı cavab oyunlarına hakim təyinatları açıqlanıb.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Fənərbaxça" - "Krasnodar" görüşünü Polşa Futbol Federasiyasından Pavel Raskovski idarə edəcək. Ona Mişel Obukoviç və Tomas Listkieviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Radoslav Syeka yerinə yetirəcək.
"Beşiktaş" - "Hapoel" matçı isə Matey Yugun başçılıq etdiyi sloveniyalı hakimlər briqadasına həvalə edilib. Ona Manuel Vidali və Matey Zuniç köməklik edəcək. Tomislav Pospeh dördüncü hakim olacaq.
Qeyd edək ki, "Fənərbaxça" - "Krasnodar" qarşılaşması fevralın 22-si, "Beşiktaş" - "Hapoel" matçı isə fevralın 23-ü keçiriləcək.
saytlarin hazirlanmasi