Elxan Məmmədov Kokeza ilə görüşdü - Azərbaycan Serbiya ilə qarşılaşacaq

11:01 - 24 Fevral 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

 

Sportal.az Serbiya mətbuatına istinadən xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Məmmədov Kokeza ilə iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək. Kokeza görüş zamanı Elxan Məmmədovu dəstəklədiyini bildirib.

 

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridir.

Xəbər xətti