"Yuventus"un və Argentina millisinin hücumçusu Qonsalo İquain maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvard "Real" və "Napoli"dəki günlərindən danışıb:
"Real"da olanda qəribə hisslər yaşayırdım. Çox gənc idim. Gənc yaşlarımda bu qədər diqqət mərkəzində olacağıma inana bilmirdim. Madird klubunda uğurlu çıxış etdim. Amma bunun fərqinə varmırdım."Real"dan ayrıldıqdan sonra hara gedəcəyimi düşünürdüm. Qardaşıma Napoliyə getmək istədiyimi bildirdim. Futbol üçün gözəl şəhərdir. "Napoli"də çox xüsusi və möhtəşəm 3 il keçirdim".
İquain "Yuventus"a gəldiyi üçün peşman olmadğını da vurğulayıb:
"Yuventus"a gəldiyim üçün peşman deyiləm. Burada özümü yaxşı hiss edirəm və xoşbəxtəm. Qərarımın arxasındayam".
saytlarin hazirlanmasi